Valideynlər, bu səhvləri qəti etməyin! - Video



 09:59 03.06.2024     429

Ailədə körpənin dünyaya gəlməsi ilə bütün düzən, o cümlədən də qida rasionu dəyişir. Ancaq unutmaq olmaz ki, uşağın həzm edə bilməyəcəyi bir çox qidalar var. 

1 yaşına qədər uşaqların mədə-bağırsaq sistemi hələ tam formalaşmadığından yalnız ana südünü həzm etmək iqtidarında olur. Böyüklərdən fərqli olaraq uşaqların bağırsaqlarında xeyirli bakteriyalar inkişaf etmir. Bu isə bir sıra qadaların uşaq orqanizminə zərər verə biləcəyindən xəbər verir. Peyvənd sağlam uşağa vurulmalıdır. Allergiyası kəskinləşən, ciddi xəstəliyi olan uşaqlara peyvənd vurdurmaq olmaz: “Bəzən valideynlər hesab edirlər ki, əvvəl uşağı müayinə etmək, analiz vermək və yalnız bundan sonra peyvənd edilməlidir. Ümumiyyətlə, tibdə belə bir şey yoxdur. Doğrudur, peyvənddən əvvəl uşaq müayinə edilib yoxlanılmalı, yanaşı hər hansı bir xəstəliyi olub-olmaması aydınlaşdırılmalıdır. Məsələn, qripə yoluxan, öskürəyi və qızdırması olan uşaqlara peyvənd vurulması müvəqqəti olaraq təxirə salınır və sağaldıqdan sonra peyvənd aparılır. 

Pediatr-İnfeksionist Aytən Ziyadova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Aytən Ziyadova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az