HƏKİM XƏBƏRDARLIQ EDİR! Qohumu ilə evlənmək istəyənlər sizi hansı fəsadlar gözləyir! - Video
DST-ün məlumatına görə, dünya əhalisinin 12 faizini qüsurlular təşkil edir. Bu əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur.
Konkretləşdirsək, dünyadakı qüsurluların 40,5 faizinin ata-anaları qohumdurlar. Qüsurluların 22 faizi fiziki, 44 faizi zehni probelmlərdən əziyyət çəkir. Türkiyədə belələrinin sayı 7 milyona qədərdir. Dünyada qohum nikahların sayına gəlincə, Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0.56 faizi, Hollandiyada 0.36 faizi, İsveçdə 0.90 faizi, Hindistanda 20 faizi, Yamaykada 44.44 faizi, Küveytdə 54.3 faizi qohumlarla evlidir. Almaniyada yəhudilərin 35.80 faiz, ABŞ-ın bəzi bölgələrində 56.60 faiz əmi uşağı, dayı uşağı, öz dilləri ilə desək, kuzenləri ilə evlidir. Lakin ABŞ-ın 50 ştatından 24-də əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-inin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasnıda ən çox yayılanı talassemiyadır. Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az