Bu ölkədə zəlzələ oldu: 5 bina uçdu
Yaponiyanın İşikava əyalətində baş verən 6 bal gücündə zəlzələdə bölgədəki 5 binanın dağıldığı bildirilib.
Demedia.az xəbər verir ki, Yaponiyanın İşikava əyalətində baş verən 6 bal gücündə zəlzələ ilə bağlı Yaponiya Meteorologiya İdarəsi (JMA) hadisədə can və mal itkisinin olmadığı açıqlanıb.
Agentliyin verdiyi ilk açıqlamada zəlzələ yerli vaxtla saat 06.31-də baş verib. Bildirilib ki, ilk zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasında 7,6 bal gücündə zəlzələ baş verib və zəlzələ nəticəsində 260 nəfər ölüb. Zəlzələ nəticəsində ən azı 1300 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşüb. Yanvarın 1-dən bəri bölgədə yüzlərlə zəlzələ baş verib.
Aysun / Demedia.az