Türkiyədə 15 ədəd olan avtomobil...
Kayseridə yaşayan Ahmet Ayan keçmişdə Adnan Menderesin cangüdəninin də istifadə etdiyi 1951 model avtomobilə böyük qulluq edir.
Demedia.az xəbər verir ki, Türkiyədə cəmi 15 ədədi olan avtomobil Adolf Hitlerin dövründə istehsal edilib.
O, 20 ilə yaxın xaricdə qaldıqdan sonra doğma şəhərinə qayıdıb. Ayan xaricdə istifadə etdiyi klassik avtomobili unuda bilmir:
"Maşınımız 1951-ci il modeldir və benzin mühərriklidir. Eynisini Almaniyada da yaşadım. Özüm orda bildiyim və istifadə etdiyim üçün Türkiyəyə gələndə də eyni şeyi axtardım. Tapmaq bir az çətin oldu, amma tapdıq. Avtomobilimizi tapanda çox pis vəziyyətdə idi. Sənayedə çox çalışdıq. Çox vaxt keçirdik. Biz hətta sənayeçilərlə də mehribanlaşdıq. Maşınımıza 6 ay qulluq etmişik. Kayseridə bundan başqa maşın yoxdur. Onlardan Türkiyə daxilində 15-i var. Nadir maşınımız var. Bu maşınlar Adolf Hitlerin dövründə istehsal edilib. Hətta eşitdik ki, bu maşınların planları müharibə zamanı torpağa basdırılıb. 1951 model olmasına baxmayaraq çox gözəl işlənib".
Aysun / Demedia.az