Atatürklə 3 dəfə görüşən 108 yaşlı Sabiha Özar...



 22:05 03.06.2024     762

1923-cü ildə Mustafa Kamal Atatürkün "müəllim ol" məsləhəti ilə həyatını təhsilə bağlayan və Atatürkü üç dəfə görən 108 yaşlı Sabiha Özar səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin qurulmasının şahidi olan və üç dəfə gördüyü Mustafa Kamal Atatürkün 'müəllim ol' məsləhəti ilə həyatını təhsilə bağlayan Sabiha Özar müalicə aldığı xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib.

Özar cümə günü Dikili Mərkəzi Məscidində qılınacaq cənazə namazından sonra Dikili Əsri qəbiristanlığında torpağa tapşırılacaq. AK Partiya İzmir Millət vəkili Ceyda Bölünmez Çankırı mayın 22-də Özarı müalicə aldığı xəstəxanada ziyarət edərək onunla söhbət edib.

Aysun / Demedia.az