Məktəbli qızlar arasında dəhşətli dava - VİDEO



 22:36 03.06.2024     859

Türkiyədə Kocaelidə iki orta məktəb şagirdi baş-başa dava edib.

Demedia.az xəbər verir ki, bu anlar başqa bir tələbə tərəfindən saniyə-saniyə qeydə alınıb.

Əldə edilən məlumata görə, məktəbdə qız şagirdlər arasında mübahisə yaranıb. Mübahisə böyüdükcə qızlar dərsdən sonra görüşüb və dava düşüb. Digər tələbələr qızların ətrafına toplaşıb davanı izləyiblər.

Bu vaxt yoldan keçən vətəndaşlar qızları ayırsalar da, bir müddət sonra yenidən dava ediblər. Dava tələbələrin müdaxiləsi ilə bitib.

Dava anları tələbə qız tərəfindən mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.

Aysun / Demedia.az