Podaqranın çox sadə həlli - Həkimin yolunu unudun! - Video
Podaqranın yaranmasının birinci səbəbi məhz qandakı sidik turşusunun çoxalmasıdır.
Sidik turşusu orqanizmdə yaranır. Onun səviyyəsi isə qidalanmadan asılıdır. O, qaraciyərdə sintez olunur, duz şəklində qan plazmalarına qarışır. Qanı sidik turşularından təmizləmək isə böyrəklərin vəzifəsidir. Əgər sidik turşuları təmizlənməzsə, get-gedə onun səviyyəsi artır ki, bu da orqanizmdə bir çox fəsadların yaranmasına gətirib çıxarır. Orqanizmdə sidik turşusunun səviyyəsini müəyyən etmək üçün xüsusi analizlər aparılır. Sidik turşusunun yaratdığı fəsadlardan biri də podaqradır. Sidik turşuları zamanla kristallaşır və bu kristallar da oynaqlarda toplanır. Əgər vaxtında müalicə olunmasa, kristallaşan sidik turşusu toxuma və damar divarlarını da ciddi şəkildə zədələyə bilir. Podaqra haqqında bir az ümumi məlumat alaq. Podaqra maddələr mübadiləsinin pozulmasından yaranan xəstəlikdir. O, əllərdən ayaqlara qədər istənilən oynaqda yarana bilər. Əgər xəstəlik vaxtında müalicə olunmasa, şikəstliyə gətirib çıxarır. Üstəlik, diabet riskini yüksəldir, ürək-damar sisteminin işində problemlər yaradır, böyrəkləri gücə salır. Patalogiyanın ilkin yaranma səbəbi isə azot trkibli qidaların çox yeyilməsi nəticəsində orqanizmdə sidik turşusunun miqdarının artmasıdır. Bədəndən xaric edilməyən sidik turşusunun tərkibindəki urat duzları oynaqlarda yığılır və orda bərkiməyə başlayır. Xəstəliyin inkişafını ləngitmək və onun həyat keyfiyyətinə həddən artıq mənfi təsir etməyinin qarşısını almaq üçün azotla zəngin qidalardan uzaq durmaq lazımdır. Həmin qidalar bunlardır: -qırmızı ət; -içalat (ürək, böyrək, ciyər və s.); -alkoqollu içkilər; -kolbasa; -bol ədvalı, yağlı, yaxşı bişməyən ayaqüstü qidalar; Həmçinin, passivlik, oturaq həyat tərzi də sidik turşularının bərkiməsinə, oynaqların sıradan çıxmasına mənfi təsir edir. Patalogiyanın əlamətləri sırasında artrit ağrıları, qəfildən ayağın baş barmağında başlayan keyimə və ya göynədən ağrı da var. Qeyd edim ki, bu ağrılar, xüsusilə, gecələr və ya səhərin alatoranlığında daha çox özünü büruzə verir. Zamanla ağrılar artır və dəri də qızarmağa başlayır. Hətta nahiyənin temperaturu da yüksəlir. İlk bir neçə həftədə adi ağrıkəsicilərlə simptomlardan yaxa qurtarmaq mümkündür. Amma daimi olaraq yüksələn sidik turşusu səviyyəsi ağrılararası fasilələrin qısalmasına, ağrının daha şiddətli olmasına gətirib çıxarır. Elmi araşdırmalar zamanı məlum olub ki, bərkimə təkcə oynaqlarda deyil, onurğada da baş verə bilir. Və bu hal bədənin müxtəlif nahiyəsində baş qaldıran qəfil ağrılarla müşayiət olunur.
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az