Həyatını zəncir boyunbağı qurtardı



 12:19 04.06.2024     304

ABŞ-nin Kolorado ştatında mübahisə zamanı güllələnən şəxs güllə boynundaki “zəncir boyunbağı”na ilişdiyi üçün ciddi xəsarət almadan xilas olub.

Demedia.az xəbər verir ki, iki kişi arasında yaranan mübahisə nəticəsində silahlı atışma olub. Polis verdiyi açıqlamada güllənin vurulan şəxsin boynunda zəncir boyunbağıya ilişdiyi üçün adamın ciddi xəsarət almadan xilas olduğunu bildirib.

"Təxminən on millimetr genişlikdə olan bu gümüş zəncir cavab verdiyimiz atışma qurbanının hələ də sağ olmasının yeganə səbəbidir”.

Bahadur Seyidov