Myanmada məcburi hərbi xidmət qanunu: "On minlərlə kişi yoxa çıxdı"



 15:14 04.06.2024     286

Myanmada Cunta tərəfində vuruşmaq istəməyənlər Taylanda üz tuturlar

Demedia.az xəbər verir ki, vətəndaş iğtişaşlarının davam etdiyi Myanmada ordu bir çox insanın orduya çağırılacağını elan etdikdən sonra on minlərlə kişi xaricə qaçmağa başlayıb.

Amerikanın “Washington Post” (WP) qəzeti ordunun fevral ayında tətbiq etdiyi məcburi hərbi xidmət qanunu ilə ildə 60 min nəfəri hərbi xidmətə cəlb edəcəyini açıqladıqdan sonra hər ay on minlərlə kişinin Taylanda qaçdığını yazıb.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının rəqəmlərinə görə, mart ayında Myanmadan Taylanda 120 min insan qaçıb. Həmin şəxslərin təxminən 60 faizinin özləri ilə heç bir sənəd aparmadığı bildirilib.

Bahadur Seyidov