Çinin xarici işlər nazirindən Qəzza ilə bağlı açıqlama
Çinin xarici işlər naziri Vanq Yi İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.
Demedia.az xəbər verir ki, o Qəzzada atəşkəsin dərhal təmin edilməsinə çağırış edib. Nazirin sözlərinə görə, Fələstin problemindən çıxış yolu iki dövlətli həll yoludur və Çin və Türkiyə Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyir.
Vanq, “Çin və Türkiyə aralarındakı koordinasiyanı gücləndirərək Fələstin probleminin ən qısa zamanda ədalətli və qalıcı həlli üçün səy göstərməldiri” deyə bildirib.
Bahadur Seyidov