ABŞ Qəzzada fırtına nəticəsində dağılan limanın təmirinin davam etdiyini açıqlayıb



 14:48 04.06.2024     256

ABŞ Müdafiə Nazirliyi Qəzzada fırtına nəticəsində dağılan tikilməkdə olan limanın təmirinin davam etdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında məsələ barədə  məlumat verib. Sinq bildirib ki, İsrailin Aşdod limanında inşası 320 milyon dollara başa gələn və fırtına səbəbindən dağılan limanın təmirinə davam edir. Sinq qeyd edib ki, limanın tikintisində iştirak edərkən saya oturan ABŞ gəmilərinin ərazidən çıxarılması üçün işlər İsrail Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə davam edir.

Bahadur Seyidov