Hindistandakı seçkilərdə Modinin rəhbərlik etdiyi blok öndədir



 14:58 04.06.2024     292

Hindistanda 7 mərhələdən ibarət parlament seçkilərində Xalq Məclisinin 543 üzvünü müəyyən etmək üçün səslərin sayılması davam edir.

Demedia.az xəbər verir ki, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyası (BJP) irəlidədir.  Hindistan Seçicilər Kollegiyasının məlumatına görə, 1 milyarda yaxın seçici arasından federal parlament üzvlərini seçmək üçün verilən təxminən 650 milyon səsin hesablanması davam edir. Seçicilər Kollegiyasının təqdim etdiyi ilk məlumatlara görə, Baş nazir Modinin partiyası BJP-nin rəhbərliyi altında yaradılmış NDA bloku Hindistan Milli İnkişafı üzrə Hərtərəfli Alyans ilə yarışır. Modinin partiyası 290 mandatla öndədir. Hindistan Milli İnkişafı üzrə Hərtərəfli Alyans isə 222 mandat əldə edib. Üçüncü dəfə Baş nazir olmaq istəyən Modi rəhbərlik etdiyi blokun azı 400 yer qazanmasını hədəfləyir.

Bahadur Seyidov