UŞAQLIQDAXİLİ SPİRAL AĞRILI PROSESDİR? - Video



 14:16 04.06.2024     457

 

Spiral menstruasiya müddətinin 3-4-5 ci günlərində qoyulması məsləhət görülür.

Uşaqlıq daxili spiral 5 il olmuşdursa və ya qadında şikayyətlər (qanama, ağrı, ləkələnmə və s.) varsa çıxarılması gərəkir. Uşaqlıq daxili spiralın çıxarılması üçün xüsusi bir zaman yoxdur, istədiyiniz zaman çıxartdıra bilərsiniz. Menstruasiya zamanı çıxarılarsa qadın daha az hiss edər. Spiral çıxarılmadan 2-3 gün əvvəl artıq qorunmaq lazımdır, çünki spermatazoid uşaqlığın içində 24 saatdan da çox yaşaya bilir. Buna görə də spiral çıxarmadan sonra cinsi əlaqə olmasada hamilə qalmaq mümkündür.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az