Xaya kistaları sonsuzluq xəstəliyinə səbəb olur! - Video



 14:19 04.06.2024     370

 

Xaya kistaları ümumiyyətlə ağrısız kistalardır və bu kişilərdə ölü spermatozoidlərin yığılmasından meydana gəldiyi düşünülən, kapsul içində sarımtıl rəngdə maye halında olan,ağrı verməyən kistlərdir.

Testisdə yaranan kistin kişi xayalarına sperma gətirən epididimin üstündə çıxan ölü sperma və ya epididimal maneə ilə bağlı olduğu söylənilir. Əksəriyyəti xoşxassəli şişlər olsa da,nadir hallarda bədxassəli olduğu görülə və ya xayanın kiçilməsinə səbəb ola bilir. Xaya kistası əməliyyatı Xaya kistasının əməliyyatı ümumi anesteziya altında həyata keçirilir.Əməliyyat müddəti qısa və rahatdır.Əməliyyat zamanı götürülən kist mütləq biopsiyaya göndərilməlidir.

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az