Uşaqlarda boy artımı - Hesablama necə olur? - Video
Boy hormonu uşaqlarda bəlli saatlarda sintez olunur.
Gec yatan, vaxtında yatmayan uşaqlarda yuxu hormonu sintezi zəifləyir və azalır. Beləliklə uşaqlar zəif boy artırlar. Bundan başqa stres faktoru uşaqların boy artmasına təsir göstərir, yəni xroniki stresdə, gərginlikdə olan uşaqlarda boy artımı ləngiyir. Ona görə uşaqları stresdən maksimum uzaq saxlamaq lazımdır. Böyümə prosesinə müsbət təsir edən əsas qidalara lobya, toyuq əti, badam, tərəvəzlər, şirin kartof, yumurta, giləmeyvələr və süd məhsulları daxildir. Bütün bunlar nə qədər erkən tətbiq edilsə, uşaqda bir o qədər sağlam inkişaf gedər.
Pediatr-İnfeksionist Aytən Ziyadova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Aytən Ziyadova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az