Amerika əsgərləri üçün xüsusi dəhliz - Marşrutlar hazırlandı



 19:00 04.06.2024     490

Rusiya ordusunun Avropaya doğru yürüş edəcəyi təqdirdə NATO ölkələri ABŞ əsgərləri üçün üç tərəfdən xüsusi dəhliz xətləri yaradır.

Demedia.az xəbər verir ki, Amerika əsgərləri üçün xüsusi dəhliz hazırlanıb: Onlar müharibə üçün şimaldan, cənubdan və qərbdən gələcəklər.

Avropada iki il yarımdır davam edən müharibədə Rusiya son aylarda Ukrayna ərazisində böyük irəliləyiş əldə edib və ABŞ göndərdikləri silahların Rusiyaya dəyməsinə imkan verməklə bu irəliləyişin qarşısını almağa çalışır. “Teleqraf” qəzetinin yazdığına görə, NATO ölkələri Rusiyanın hər hansı Avropa ölkəsinə hücum edəcəyi təqdirdə ABŞ üçün xüsusi “quru dəhlizləri” qurur. Rəsmilər The Telegraph-a bildiriblər ki, Amerika qoşunları Moskvanın mümkün hücumuna qarşı çıxmaq üçün beş limandan birinə enəcək və əvvəlcədən planlaşdırılmış logistika marşrutlarına yönəldiləcək.

Adının açıqlanmasını istəməyən bir səlahiyyətli, yaxın 20 ildə Rusiya və ABŞ əsgərlərinin bölgədə üz-üzə gəlməsi ehtimalının çox yüksək olduğunu bildirdi. Hazırkı planlar ABŞ qoşunlarını Almaniya üzərindən Polşaya aparacaq qatarlara minməzdən əvvəl Hollandiya limanlarına enmələrini nəzərdə tutur. Rusiya ordusu istənilən NATO ölkəsinə hücum etdikdən sonra ABŞ qoşunları Hollandiyanın Rotterdam limanı vasitəsilə bölgəyə göndəriləcək. Dəstək üçün gələn NATO qüvvələri ruslar tərəfindən zərərsizləşdirilərsə, logistik dəstək İtaliya, Yunanıstan və Türkiyə vasitəsilə həyata keçiriləcək. Teleqraf.com xəbər verir ki, ABŞ əsgərləri də qurudan İtaliya-Sloveniya və Xorvatiyadan dəstək üçün gələcək.

Aysun / Demedia.az