Səkkiz illik sahibinin körpəsini öldürdü - Dəhşətli HADİSƏ



 20:28 04.06.2024     858

Səkkiz yaşlı sahibinin altı həftəlik körpəsinə yatarkən hücum edən Husky iti bədbəxt körpəni öldürüb.

Demedia.az xəbər verir ki, son günlərin ən qorxulu hadisələrindən biri ABŞ-ın Tennessi ştatında baş verib.

Altı həftəlik kiçik körpə valideynlərinin səkkiz il əvvəl övladlığa götürdüyü "Husky" itinin hücumuna məruz qalıb. Ağır yaralanan körpə xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Mövzu ilə bağlı açıqlama verən körpənin anası Chloe, Ezra adlı körpənin onun ilk övladı olduğunu və yaşadıqlarından məyus olduğunu bildirib.

Körpənin atası itlərinin heç vaxt aqressiyaya cəhd etmədiyini, öyrədildiklərini və hətta tez-tez körpələri ilə oynadıqlarını bildirib. Polisin verdiyi açıqlamada itin körpəyə beşikdə yatarkən hücum etdiyi bildirilib. Kədərli ana ABŞ mətbuatına verdiyi müsahibədə itlərə heç vaxt etibar edilməməsi lazım olduğunu ifadə edərək, başqalarını da oxşar vəziyyətlərdən çəkinməyə çağırıb və deyib:

"Heç bir şeyi təbii qəbul etməyin, itləriniz nə qədər yaxşı olsa da, diqqətli olun".

Aysun / Demedia.az