Tik-Tok yeni sistemə keçir - Amerikada...



 21:34 04.06.2024     985

Bu yaxınlarda ABŞ-da qadağan olunmağa yaxın olan TikTok tövsiyə alqoritminin klonunu hazırlayır.

Demedia.az xəbər verir ki, bildirilir ki, sosial media platformasının Çin ana şirkəti olan ByteDance-dən müstəqil bir alqoritm hazırlamaq layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında TikTok qadağası ilə bağlı qanun layihəsinin qəbulundan əvvəl başlayıb.

Çox güman ki, milyonlarla kodun çıxarılması hesabına layihənin bir ildən çox çəkəcəyi gözlənilir. Reuters-in mənbəsinə görə, bu proses çox ləng gedir, çünki kodun hər bir sətri ətraflı şəkildə araşdırılır.

Həmçinin bildirilir ki, TikTok və ByteDance-də çalışan yüzlərlə amerikalı və çinli mühəndis ByteDance-dən müstəqil kod hazırlamaq və Çin istifadəçiləri ilə əlaqəni silmək tapşırığına cəlb edilib.

Aysun / Demedia.az