Gölün ətrafını bir anda "ələ keçirən" həşaratlar - VİDEO
Çıldır gölünün ətrafını işğal edən yaşıl milçəklər tornado görüntüsü yaradıb.
Demedia.az xəbər verir ki, həmin anlar mobil telefon kamerası ilə lentə alınıb. Ərdahanda Çıldır gölü ətrafında hər il bu mövsümdə rast gəlinən və yerli əhalinin “yaşıl milçək” adlandırdığı milçəklər yenidən peyda olub.
Avtomobili ilə Çıldır gölünün yanından keçərkən milçəklərin bir araya gələrək havada tornado görüntüsü yaratdığını görən şəxs bu anları mobil telefonuna lentə alıb. Görüntülərdə milçək gövdələrinin yan-yana səmaya qalxdığı görülüb.
Keçən həftə DHA-ya milçəklərin zərərsiz olduğunu söyləyən Çıldır Gölü Balıqçılıq Kooperativinin sədri Yüksel Kılıç deyib: "Yağışlar zamanı bu milçəklərin çoxalması çox həddindən artıq olur. Bu, təbiətin qoyduğu bir qaydadır. Əlinizdən gələn bir şey yoxdur. Bu, zərərli bir növdür. Çıldır gölünün kristal təmizliyi və dünyanın ən gözəl mənzərəsi var".
Aysun / Demedia.az