Fransada müxalif deputat Milli Assambleyada Fələstin bayrağını qaldırıb
Fransada müxalif “Boyun əyməyən Fransa” (LFI) Partiyasının üzvü Rachel Kekenin Milli Assambleyada Fələstin bayrağını qaldırmasından sonra hökumətin iclası təxirə salınıb.
Demedia.az xəbər verir ki, Parisdə Milli Assambleyada hökumətə suallar sessiyası keçirilib. LFI Partiyasının deputatları sessiyaya Fələstin bayrağının rənglərindən ibarət paltarla qatıldığı halda, Respublikaçılar Partiyasının (LR) üzvləri Fransa bayrağının rənglərində yaylıqlar taxıblar.
Sessiyası davam edərkən, LFI deputatı Keke, İsrailin hücumlarına məruz qalan qəzzalılarla həmrəy olduğunu göstərmək üçün Fələstin bayrağını açıb. Müxalifət deputatları Kekeni alqışlayarkən, parlament sədri Yael Braun-Pivet iclası dayandırıb. LFI Partiyasının deputatı Sebastien Delogu da parlamentin iclasında Fələstin bayrağını açdığı üçün 15 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb.
Bahadur Seyidov