Filippinin Neqros adasında vulkan püskürüb
Filippinin Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra ərazidən təxminən 800 nəfər təxliyə edilib.
Demedia.az xəbər verir ki, Filippin Prezidenti kiçik Ferdinand Markos sosial mediada paylaşdığı videomüraciətdə partlayışla bağlı açıqlamalar verib. Məlumatlara görə, partlayışdan zərər çəkmiş 800-ə yaxın insanın bölgədən təhlükəsiz yerlərə təxliyə edildiyini açıqlayan kiçik Markos, 13 min qida paketi yardımının edildiyini, 40 mini isə bölgəyə çatdırılmaq üçün yolda olduğunu vurğulayıb.
Bahadur Seyidov