Baydendən Qəzza ilə bağlı açıqlama
ABŞ Prezidenti Co Bayden deyib ki, ictimaiyyətin “İsrailin baş naziri Binyamin Netanyahu öz siyasi gələcəyi üçün Qəzzada müharibəni uzadır” qənaətinə gəlmək üçün hər cür əsası var.
Demedia.az xəbər verir ki, Bayden “Time” jurnalına verdiyi müsahibədə Yaxın Şərq və Qəzzada son vəziyyəti dəyərləndirib, həmçinin ABŞ-İsrail münasibətlərini öz administrasiyasının prizmasından şərh edib.
O, İsrailin Qəzzada hərbi cinayət törətməsi barədə iddialara “Bu aydın deyil” deyə cavab verən Bayden İsrail tərəfinin bu məsələ ilə bağlı bəzi araşdırmalar apardığını və bu məsələlərlə bağlı daim məlumat aldığını bildirib.
Bahadur Seyidov