İsrail heyəti Qahirəyə səfər edib



 10:48 05.06.2024     293

İsrail heyəti Qəzza zolağında atəşkəs və əsir mübadiləsi təklifi layihəsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirəyə səfər edib.

Demedia.az xəbər verir ki, Livanın “Əl Əxbar” qəzetinin Misir mənbələrinə istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti danışıqlar zamanı atəşkəs və məhbusların azad edilməsi ilə bağlı İsrailin son təklifi ilə bağlı mövqeyini açıqlayacaq. Mənbələr ABŞ-ın İsrailə təzyiqləri və regional diplomatik səylər nəticəsində razılaşmanın qüvvəyə minə biləcəyini iddia edib. Bununla belə, eyni mənbələr Misir administrasiyasının “İsrail hökumətinin əsirlərin bir qismini geri qaytarandan sonra atəşkəsə əməl etməyəcəyindən” narahat olduğunu da qeyd edib.

Bahadur Seyidov