İsrail ABŞ ilə3 milyardlıq müqavilə imzalayıb



 15:19 05.06.2024     261

İsrail ABŞ-lə 25 ədəd F-35 qırıcısı almaq üçün 3 milyard dollarlıq müqavilə imzalayıb.

Demedia.az xəbər verir ki, İsrail ABŞ-dan 25 ədəd F-35 döyüş təyyarəsi alacaq.

 İsrail Müdafiə Nazirliyinin nümayəndə heyəti ABŞ-yə gedib.

Qeyd edilib ki, döyüş təyyarələrinin 2028-ci ildən başlayaraq ildə 3-5 ədəd partiyalarla təhvil verilməsinə başlanılacağı planlaşdırılır. İsrailin sifariş etdiyi 50 ədəd F-35-dən indiyədək yalnız 36-sı çatdırılıb.

Bahadur Seyidov