Türkiyə millisində zədə şoku



 13:00 05.06.2024     198

Milli Futbol Komandası AVRO-2024 öncəsi hazırlıq matçında səfərdə İtaliya ilə qarşılaşır. Aypara-ulduzlu komandada Ozan Kabak zədə səbəbindən oyunu tərk etməli olub.

Demedia.az xəbər verir ki, matçın 39-cu dəqiqəsində Reteqi ilə qoşa mübarizə zamanı zədələnən Ozan oyunu davam etdirə bilməyib. Oyunu xərəkdə tərk edən milli futbolçunun yerinə Merih Dəmiral oyuna qatılıb. Ozan Kabak oyundan çıxarılarkən italyan azarkeşlər və futbolçular tərəfindən alqışlarla dəstəklənib. İtaliya matçının ilk yarısında zədələnən Ozan Kabak müayinə və analizlər üçün xəstəxanaya aparılıb.

Aysun / Demedia.az