Məşhur sənətçi ilə bağlı üzücü xəbər - Xəstəliklə mübarizə aparır
Bir vaxtlar sosial media hesabında paylaşdığı türkcə sözləri ilə Türkiyədə böyük pərəstişkar kütləsi yaradan və sonradan Alev Aydınla münasibətdə olduğu ortaya çıxan amerikalı müğənni Halsey bir müddətdir səhhətində problemlər yaşadığını açıqlayıb.
Demedia.az xəbər verir ki, əsl adı Ashley Nicolette Frangipane olan amerikalı müğənni Halsi ilə türkiyəli ssenarist Alev Aydının 5 illik eşq macərası ötən ilin aprelində təəccüblü şəkildə bitib.
Məşhur cütlüyün 2021-ci ilin iyul ayında Ender Ridley adını verdikləri bir oğlu olub. Pop ulduzu ayrılıqdan sonra oğullarının tam qəyyumluğu üçün məhkəməyə müraciət edib.
2020-ci ildə DNT testi etdirdiyini və bunun yüzdə 11 türk olduğu ortaya çıxan dünya şöhrətli müğənni Vogue Magazine-ə verdiyi müsahibədə bu sözləri deyib:
"24 yaşıma qədər üç dəfə aşağı düşdüm. Asanlıqla hamilə qala bildiyim və hamiləliyi saxlamaqda çətinlik çəkdiyim qəddar ironiya kimi görünürdü. Düşüklərimdən biri aborta ehtiyacım olduğunu söyləmək üçün nəzakətli bir üsul idi. Çünki bədənim öz-özünə hamiləliyi tamamilə dayandıra bilməyəcək və tibbi müdaxilə olmadan sepsis riski ilə üzləşəcəkdim. Bu proses zamanı ağladım. Özüm üçün qorxdum, çarəsiz qaldım. Mənə həyati təhlükəsi olan hamiləliyi sonlandırmaq lazım idi".
Aysun / Demedia.az