75 dəqiqəlik əməliyyat: Eynəkdən xilas olmaq istədi, əksi oldu



 20:28 05.06.2024     861

Eynəkdən xilas olmaq üçün Ankaradakı özəl xəstəxanalardan birində əməliyyat olunan vəkil Mustafa Alpar Ceylan (63) əməliyyatdan sonra görmə qabiliyyətini itirib. 

Demedia.az xəbər verir ki, vəkil Mustafa Alpar Ceylan hipermetropiya səbəbiylə istifadə etdiyi eynəkdən ağıllı lens müalicəsi ilə xilas olmaq istəyib.

Ceylan martın 1-də özəl xəstəxanada sağ gözündən əməliyyat olunub. Lakin o, əməliyyat nəticəsində fəsadlar yaşayıb. Nəzarətlər zamanı gözün arxa hissəsində ödem olduğu müəyyən edilib və iynə müalicəsi aparılıb. Lakin iynə vurulduqdan 7 gün sonra Ceylan sağ gözündə görmə qabiliyyətini tamamilə itirib. Özəl xəstəxananın başqa şöbəsinə sövq edilən Ceylan daha 2 özəl xəstəxana və universitet xəstəxanasında əməliyyat olunub. Müalicəsi davam edən Ceylanın sağ gözündə yaxşılaşma olmayıb.

Sağ gözünü itirən Mustafa Alpar Ceylan vəkili ilə Ankara Respublika Baş Prokurorluğuna cinayət işi qaldırıb. İşini görərkən oxumaq üçün yanında eynək istifadə etdiyini və ağıllı linza müalicəsini araşdırmaya başladığını ifadə edən Ceylan deyib: "Əvvəlcə sağ gözümə ağıllı linza taxtdırmışdım. 15 dəqiqəlik əməliyyatın 75 dəqiqə çəkdiyini öyrəndim. Evə gedəndə qusdum, ertəsi gün mənə ağrıkəsici və zərdab verdilər. Həkim dedi ki, yaxşılaşacaq. Sonra gözümün arxasında ödem olduğu müəyyənləşdi. Bu əməliyyatlar üçün 350 min lirə xərclədim. Görüb görməyəcəyim bəlli deyil".

Aysun / Demedia.az