Türkiyədə 40 dərəcə istidə asfalt əridi



 21:03 05.06.2024     769

Türkiyədə Dənizlidə havanın temperaturu mövsüm normalarından artıq olması səbəbindən magistral yolda asfaltın bəzi hissələri əriyib.

Demedia.az xəbər verir ki, ayaqqabılar asfalta ilişdiyi halda, sürücülər asfaltın qurumuş hissələri ilə hərəkətə üstünlük veriblər.

Şəhərdə iyunun ilk həftəsində kölgədə havanın temperaturu 35 dərəcəyə çatıb. Çöldə hiss olunan temperatur 40 dərəcəyə çatdı. Dənizlinin Honaz səmtinin Aşağığdere məhəlləsində havaların isti keçməsi ilə əlaqədar magistral yolda asfalt örtüyü əriyib. Sürücülər avtomobillərini tarla örtülməmək üçün yolun quru hissələri ilə hərəkət ediblər. Asfaltda gəzmək çətin olsa da, ayaqqabılar əriyən asfalta ilişib.

Aysun / Demedia.az