Zəlzələ ilə bağlı test: "İçəridə insanların ola biləcəyini düşünmürdük"
Hatayın Antakya rayonunda zəlzələ kabinəsi içərisində insanlarla test edilməsi reaksiyalara səbəb olub.
Demedia.az xəbər verir ki, içəridə insanların olduğunu bilmədən zəlzələ kabinlərini sökdüklərini bildirən sayt müdiri, “İçəri bağlı olduğundan içəridə adam ola biləcəyini düşünmədik” deyib.
Mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə böyük dağıntılar yaşayan Hatayda məhkəmə prosesi tamamlanan binaların söküntüsü davam edir. Antakya rayonu Cümhuriyyət küçəsində 5 mərtəbəli binanın sökülməsi zamanı zəlzələ kabinləri istehsal edən şirkətin canlı insanlarla keçirdiyi dayanıqlıq testi reaksiyalara səbəb olub.
Tikinti sahəsinin müdiri Osman Qarslı maneken yerinə canlı insan qoyularaq həyata keçirilən testə reaksiya verib və kabinənin içindəki şəxslə bağlı heç bir məlumatının olmadığını bildirərək baş verənlərə reaksiya verib.
Aysun / Demedia.az