Ləkələnmiş ağ ayaqqabıları BELƏ TƏMİZLƏYİN!



 22:36 05.06.2024     549

Ağ ayaqqabılar nə qədər qəşəng olsa da, tez çirklənir və pis görünə bilər. Bu səbəbdən onları yumşaq bir şəkildə təmizləmək üçün davamlı olaraq yeni üsullar tətbiq edə bilərsiniz.

Demedia.az xəbər verir ki, diş pastası dişləri ağardır və parlaqlaşdırdığı kimi, ağ idman ayaqqabılarında da təsirlidir. Ağ idman ayaqqabılarını təmizləmək üçün mavi və ya yaşıl rəngdə olmayan gel və ya ağ diş pastasından istifadə edə bilərsiniz. Bu mərhələdə ağ diş pastası ilə birlikdə artıq istifadə edə bilməyəcəyiniz bir diş fırçası işinizi görəcək. Köhnə diş fırçasını azca isladıqdan sonra ağ diş məcunu (mavi, yaşıl və ya gel deyil) çəkib, ağ ayaqqabının çirkli hissələrini və zamanla saralmış hissələrini fırçalaya bilərsiniz.

Ağ sirkə məişət təmizliyində tez-tez istifadə olunan məhsuldur. Bundan əlavə, göyərti, tərəvəz və meyvələr də ağ sirkə ilə təmizlənə bilər. Nəm parçaya ağ sirkə töküb ayaqqabılarınızı sildikdən sonra mütləq günəşli yerdə havasını buraxın. İstəyirsinizsə, lavanda yağı ilə ayaqqabılarınızı əvvəlkindən daha yaxşı qoxulaya bilərsiniz.

Çörək soda məişət və dəri təmizliyində, eləcə də mətbəxdə istifadə olunur. Ayaqqabılar üçün bunu etmək çox asandır. Bir konteynerə və ya qaba su tökün və soda əlavə edin. Sonra bir neçə damcı maye sabun əlavə edin. Bu suyu qarışdırıb köpükləndirə bilərsiniz. Daha sonra bu su ilə bezi islatmaqla ağ idman ayaqqabılarınızı təmizləyə bilərsiniz.

Qabyuyan yuyucu vasitə bir çox ləkə üzərində təsirli olur və ağ idman ayaqqabılarını da təmizləyə bilər. Ediləcək tək şey, süngərin üzərinə yuyucu toz səpmək və qabları yumaq kimi yaxşıca köpürtməkdir. Ağ idman ayaqqabılarınızı tamamilə təmizləyə bilərsiniz.

Aseton qadınların gözəllik macərasının bir hissəsi kimi görünsə də, əslində təsirli bir təmizləyicidir. Bu mərhələdə edilməli olan, əgər idman ayaqqabısında nəzərəçarpacaq ləkə varsa, asetonu ya pambıq, ya da nəm bir parça üzərinə atıb yaxşıca isladıb sonra diqqətini bu ləkəyə cəmləyib sürtməkdir.

Aysun / Demedia.az