Heyvanlarla danışa bilən 10 milyon dollar mükafat qazanacaq!
Siz ev heyvanı dostunuzun səslərini və bədən dilini anlamaq üçün Google-da çox vaxt sərf edənlərdənsiniz? Cavabınız bəlisə, sizin üçün maraqlı xəbərimiz var.
Demedia.az xəbər verir ki,Ceremi Koller Fondu və Təl-Əviv Universiteti “Coller & Dolittle: Two-Way Növlərarası Ünsiyyət Yarışması” təşkil edir. Heyvanlarla qarşılıqlı əlaqəni deşifrə etməyi bacaran tədqiqatçılara 10 milyon dollar dəyərində mükafat veriləcək.
Süni intellektin gücü növlərarası əlaqəni açacaqmı?
Heyvanlarla danışmaq qabiliyyətinə malik olan məşhur uşaq kitabı personajı Doktor Dolitlin adını daşıyan müsabiqə süni intellektin istifadəsini təşviq etmək məqsədi daşıyır (baxmayaraq ki, müsabiqə qaydalarına əsasən başqa üsullar da qəbul oluna bilər).
"Mən inanıram ki, Rosetta Daşı heroqliflərin sirrini açdığı kimi, süni intellekt də bizə növlərarası ünsiyyət üçün qapıları açmağa kömək edə bilər" dedi fondun prezidenti Ceremi Koller.
Komanda bu sahədə bəzi qabaqcıl işlərin olduğunu qeyd edir. Məsələn, elm adamları bir müddət əvvəl yarasa səslərini anlamlandırmaq üçün bir alqoritm hazırladılar və beləliklə, aralarındakı "müzakirə mövzusunu" aşkar edə bildilər. Bir müddət əvvəl xəbər verdiyimiz kimi, SETI İnstitutunun alimləri Tven adlı donqar balina ilə 20 dəqiqəlik “söhbət” ediblər. Alimlər bu araşdırmanın hələ ilkin mərhələdə olduğunu deyirlər.
Bu sahədəki digər tədqiqatlara səslərdən donuzların emosional vəziyyətini təhlil edən və gəmiricilərin nə zaman stresə məruz qaldığını müəyyən edən alqoritmlər daxildir. Kaliforniyada qeyri-kommersiya təşkilatı olan Earth Species Project də bu mövzu üzərində işləyir və bütün növlərə tətbiq oluna biləcək bir sistem inkişaf etdirməyi hədəfləyir.
Guardian hesabatına görə, 10 milyon dollarlıq kapital qoyuluşu (və ya 500 min dollar pul mükafatı) öncəsi tədqiqatçılara bu mövzuda elmi modellər və alqoritmlər hazırlamaq üçün hər il 100 min dollar veriləcək. Meyarlara qeyri-invaziv, müxtəlif kontekstlərə tətbiq oluna bilən və heyvanların adi ünsiyyət siqnallarına əsaslanan üsullar daxildir.
Müsabiqənin təşkilatçısı olan komanda heyvanların insanlarla ünsiyyət qurduqlarından (Türinq süni intellekt testinə bənzər) xəbərdar olmayacaq bir sistem hazırlamağı hədəfləyir. Müraciətlər iyulun 31-də başa çatacaq.
Müsabiqənin komitə sədri prof. “Ümid edirik ki, baş mükafatın meyarlarını iki-üç illik kiçik miqyaslı mükafatlardan sonra elan edəcəyik” dedi Yossi Yovel. O, “Biz balinalarla akustik əlaqədən tutmuş qurdlarla kimyəvi qarşılıqlı əlaqəyə qədər hər cür orqanizmə və hər cür üsula açığıq” deyərək təşəbbüsün şərtlərinə aydınlıq gətirir.
Müsabiqənin ideyasını inkişaf etdirməyə kömək edən məşhur musiqiçi və Interspecies İnternetin yaradıcılarından biri Peter Gabriel deyir:
Mən bonobo meymunları ilə musiqi hazırlayanda onların zəkasına və musiqi qabiliyyətinə heyran qaldım. İndi elm adamları növlər arasında mənalı əlaqə yaratmağın yollarını axtarırlar. Mən buna çox sevinirəm.
Bəlkə də tezliklə pişiyimizin niyə həmişə əşyaları rəflərdən itələdiyini anlamaq üçün Google-a müraciət etmək məcburiyyətində qalmayacağıq. Bunu birbaşa ondan soruşa və bununla da daha bir çox müəmmalı məsələlərə aydınlıq gətirə bilərik. Beləliklə, (həqiqətən) pəncə dostunuzla danışmaq istərdinizmi? Mashable Türkiyə komandası bu suala yüzdə 50 “Bəli”, yüzdə 50 isə “Xeyr” cavabını verib. Twitter-də danışmaq istəyənlərin nisbəti daha yüksəkdir.
Ancaq bəlkə də əsl sual budur: Biz bütün həqiqəti bir pişiyin ağzından eşitməyə hazırıqmı? Çünki yəqin ki, belə bir cavab alacağıq: “Paşa, ürəyim bunu istəyir”.
Aysun / Demedia.az