“Boeing” şirkəti ilk dəfə kosmosa uçuş həyata keçirib



 09:05 06.06.2024     244

“Boeing” şirkəti, Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtının olduğu “Starliner”  şatlını ilk dəfə kosmosa göndərib.

Demedia.az xəbər verir ki, “Starliner” Florida ştatından kosmosa buraxılıb. NASA astronavtları “Starliner” şatlında, Beynəlxalq Kosmik Stansiyada təxminən bir həftə qalmağı planlaşdırırlar. Bildirilir ki, uçuş uğurlu olarsa, NASA “Starliner”ə Beynəlxalq Kosmik Stansiyaya müntəzəm səfərlər etməyə icazə verə bilər.

Bahadur Seyidov