İsrailin müdafiə nazirindən Qəzza ilə bağlı açıqlama



 09:43 06.06.2024     303

İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, HƏMAS ilə məhbus mübadiləsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlar müharibə ilə paralel aparıla bilər.

Demedia.az xəbər verir ki, Gallant bu açıqlamaları Qəzza zolağı və İsrailin şimal sərhədi üzərində döyüş təyyarəsi ilə uçuşundan sonra verib. Müzakirə danışıqlarına baxmayaraq, HƏMAS-a qarşı hücumların davam edəcəyi mesajını verən Gallant, "Davam edəcəyimiz hücumlarla düşməni yıxacağımız bir prosesdən keçirik. HƏMAS terror təşkilatı ilə hər hansı danışıqlar yalnız atəş altında aparılıb” deyə bildirib.

Bahadur Seyidov