Misir Sloveniyanın Fələstini dövlət kimi rəsmən tanımasından məmnundur



 10:40 06.06.2024     307

Misir Sloveniyanın Fələstini dövlət kimi rəsmən tanımasından məmnun olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. Əbu Zeyd qərarın iki dövlətli həll üçün əhəmiyyətli bir addım olduğunu vurğulayaraq, qərardan məmnun olduqlarını ifadə edib. Misir sözçüsü qeyd edib ki, bu qərar iki dövlətli həllin həyata keçirilməsi üçün beynəlxalq səyləri gücləndirəcək.

Qeyd edək ki, Sloveniyanın Baş naziri Robert Qolob da sosial media hesabında “Fələstinin suveren və müstəqil dövlət kimi tanınması İordan çayının qərb sahili və Qəzzada Fələstin xalqına ümid verir" mesajını paylaşıb.

Bahadur Seyidov