Antonio Quterreş iqlim böhranı ilə bağlı mesaj verdi
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş iqlimlə bağlı təhlükənin insanların özünün yaratdığını və böhranın insanlar üçün təhlükəli olduğunu ifadə edib.
Demedia.az xəbər verir ki, o iqlim probleminin həll yolunun insanlarda olduğunu bildirib. Planetin insanlara mesaj verməyə çalışdığını, lakin mesajın eşidilmədiyini və qlobal istiləşmənin artdığını ifadə edən Quterreş, “Həqiqətlə üz-üzə gəlməyin vaxtıdır” deyə bildirib. Quterreş qlobal istiləşmə həddini 1,5 dərəcədə saxlamaq üçün qlobal emissiyaların hər il 9 faiz azaldılmasının lazım olduğunu vurğulayıb.
Bahadur Seyidov