Qəzzada dəhşətli partlayış - Ölənlər var



 12:00 06.06.2024     192

Oktyabrın 7-dən İsrailin Qəzzaya hücumları intensivliyi artmaqda davam edir.

Demedia.az xəbər verir ki, bu dəfə İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsinin 2-ci ərazisində onlarla köçkünün sığındığı məktəbi bombalayaraq dəhşətli qətliam törədib.

Qəzzadakı hökumət media ofisinin Telegram hesabında edilən yazılı açıqlamada, hücum nəticəsində ölən 39 nəfərin cənazəsinin Əqsa Şəhidləri Xəstəxanasına çatdırıldığı, onlarla yaralının gətirildiyi bildirilib. Digər tərəfdən xəstəxananın tutumundan 3 dəfə çox yaralı və xəstə insanla dolduğu vurğulanıb, hökumətin verdiyi açıqlamada İsrailin bu qırğınları törətməklə soyqırım cinayəti törətdiyi və Amerikanın ayaqda durduğu pislənib. İsrail tərəfindən silah və hərbi dəstək verərək bu soyqırımın davam etdirilməsinə yaşıl işıq yandırdı. Bütün dünya bu cinayətləri və İsrail-Amerikanın Qəzza zolağına hücumlarını pisləməyə çağırılıb. Beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və bütün beynəlxalq qurum və təşkilatlardan Qəzza zolağında dinc əhaliyə, uşaqlara və qadınlara qarşı soyqırımı dayandırmaq üçün İsrailə təzyiq göstərmələri istənilib.

Aysun / Demedia.az