İstanbulda qorxulu anlar! 4 mərtəbəli binanın ...



 12:40 06.06.2024     159

İstanbulun Kartalında fəlakətin astanasının qarşısı alınıb.

Demedia.az xəbər verir ki, Cevizli rayonunda 4 mərtəbəli binanın eyvanı uçub. Beton parçaların bir hissəsi aşağı mərtəbədəki mənzilin eyvanına, bir hissəsi isə küçəyə düşüb. Xəbər verildikdən sonra əraziyə polis və bələdiyyə qrupları sövq edilib. Hadisə yerinə gələn qruplar təhlükəsizlik zolağı qurduqları ərazidə təmizlik işləri aparıblar. Bu yaxınlarda İstanbulun Küçükçekmece səmtində Kartaltəpə səmtində 3 mərtəbəli yaşayış binası uçub, 1 nəfər dağıntılar altında qalıb. 8 nəfərin yaralandığı hadisə ilə əlaqədar mülk sahibi həbs edilib.