Premyer Liqanın hücumçusu "Qalatasaray"a gəlir



 14:00 06.06.2024     193

Superliqada son 2 mövsümü çempion kimi başa vuran "Qalatasaray" yeni mövsüm üçün iddialı heyət qurmaq üçün qollarını çırmalayıb.

Demedia.az xəbər verir ki, Sarı-qırmızılılar İngiltərə nəhəngi "Mançester Yunayted"lə yollarını ayıran Antoni Marsialla maraqlanır. Premyer Liqa təmsilçisi ilə müqaviləsi başa çatan və etibarsız olan 28 yaşlı hücumçu üçün "Qalatasaray"ın təmaslara başladığı bildirilib. Sarı-qırmızılıların uyğun maaş qarşılığında futbolçunu öz rənglərinə bağlamaq istədiyi və bununla bağlı Marsialı razı salmalı olduğu bildirilirdi. "Mançester Yunayted" bu yaxınlarda Raphael Varan və Brandon Williams ilə birlikdə komandadan ayrıldığını rəsmən açıqlamışdı. La Liqa, Bundesliqa və ABŞ komandaları da Anthony Martial ilə maraqlanır. İngiltərə nəhənginin heyətində ümumilikdə 317 matça çıxan ulduz mərkəz hücumçusu 90 qol vurub, 47 məhsuldar ötürmə edib.

Aysun / Demedia.az