Prezident Ərdoğan İYİ Partiyasının keçmiş sədri Akşeneri qəbul edib
Prezident Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının keçmiş sədri Meral Akşeneri Prezident Külliyesinde qəbul edib.
Demedia.az xəbər verir ki, Prezident Administrasiyasının Kommunikasiya Direktoru Fahrettin Altunun açıqladığı məlumata görə, prezident Ərdoğan ilə İYİ Partiyasının keçmiş sədri Akşener arasında saat 17.00-da başlayan görüş başa çatıb. Prezident Kompleksində keçirilən qəbul mətbuata qapalı keçirilib.