"Mourinyonun Fənərbaxçaya gəlişi ağlasığmazdır"



 15:00 06.06.2024     187

Hazırkı prezident Ali Koç vəzifəsini davam etdirəcəyi təqdirdə "Fənərbaxça"nın idarəçiliyində yer alacaq Acun Ilıcalı Sports Digitale YouTube kanalında canlı yayıma çıxıb.

Demedia.az xəbər verir ki,  Əziz Yıldırımın ona qarşı iddiaları və Joze Mourinyonun transfer prosesi ilə bağlı təəccüblü açıqlamalar verib:

"Prezidentimizin yeni dövr üçün planları məni çox həyəcanlandırdı. Mən əməliyyatçıyam. Prezidentimiz dedi ki, sizdən əməliyyatlarda istifadə etmək istəyirəm. Fənərbaxça mənim damarlarımdadır. Təbii ki, Fənərbaxça mənim prioritetim olacaq. Bu bir ehtirasdır, bir-birimizi tamamlayırıq. Çox ciddi fərqlərimiz var və bu bizim ən böyük üstünlüyüm olacaq".