META-nın keçmiş işçisi Zukerberqi məhkəməyə verdi
“Facebook”, “Instagram” və “WhatsApp” kimi platformaların yer aldığı META şirkətinə qarşı keçmiş işçisinin 'Qəzza müharibəsinin məzmununda qərəzli davranış' ittihamı ilə iddia qaldırılıb.
Demedia.az xəbər verir ki, sözügedən şirkət tez-tez oktyabrın 7-dən bəri bombardman altında olan fələstinlilərə dəstək ifadələri və yazıları sıxışdırmaq və senzura etmək ittihamları ilə üzləşir.
İddianı Meta şirkətinin keçmiş əməkdaşı, fələstinli amerikalı mühəndis Ferras Hamad verib.
Hamad bildirib ki, Meta onu "fələstinlilərin İnstaqram paylaşımlarının sıxışdırılmasına səbəb olan səhvləri düzəltməyə kömək etməyə çalışdığı üçün" işdən çıxarıb. 2021-ci ildən şirkətdə maşın öyrənmə komandasında çalışdığını bildirən Hamad, Metanın onu fevral ayında işdən çıxardığını bildirib.
Bahadur Seyidov