Ledi Qaqa hamilədir?
"Poker Face", "Rain On Me" və "Bad Romance" kimi hit mahnıları ilə tanınan dünya şöhrətli müğənni Ledi Qaqanın hamilə olduğu iddia edilib.
Demedia.az xəbər verir ki , “Oskar” mükafatlı Jokerin davamı olan "Joker: Double Madness" filmi ilə tamaşaçıların görüşünə hazırlaşan müğənni və aktrisa Ledi Qaqanın hamilə olduğu iddia edilib.
Müğənninin bacısının toyunda qarnı şişmiş görünməsi söz-söhbətlərə səbəb olub. Uzun müddətdir 46 yaşlı sahibkar Maykl Polanski ilə birlikdə olan müğənni TikTok hesabında yayılan iddialarla bağlı açıqlama verib.
“Qremmi” mükafatına layiq görülmüş müğənni “Hamilə deyiləm, sadəcə idman zalında ağlayıram” deyib.
Bahadur Seyidov