Məşhur repçi  məhkəməyə verildi – Xadiməsi ilə…



 15:42 06.06.2024     320

Antisemit irqçi ifadələr işlətdiyi üçün reaksiyaların mərkəzinə çevrilən reper Kanye Uestə qarşı cinsi qısnama iddiası açılıb.

Demedia.az xəbər verir ki, məşhur reperə qarşı 2 il köməkçisi işləyən qadın onu cinsi qısnama, müqaviləni pozmaq və haqsız yerə işdən çıxarmaqda ittiham edərək məhkəməyə verib.

Lauren Pisciotta repçinin ona cinsi məzmunlu mesajlar və videolar göndərdiyini iddia edib.

Pisciotta həmçinin 2022-ci ildə işdən çıxarıldığını, lakin 3 milyon dollarlıq işdən çıxma haqqının heç vaxt ödənilmədiyini iddia edir.

Bahadur Seyidov