Putin müharibənin niyə uzanmasının səbəbini açıqladı



 16:18 06.06.2024     380

2022-ci ilin yazında Qərb Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasına mane oldu.

Demedia.az xəbər verir ki,  bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, əgər bu baş verməsəydi,  müharibə  bu qədər uzanmazdı:
“Əks halda müharibə o zaman bitəcəkdi”.

Dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə Putin deyib ki, İstanbul razılaşmaları ümumilikdə həm Rusiyaya, həm də Ukrayna tərəfinə uyğundur.

Rusiya Federasiyasının prezidenti hər kəsi Ukraynada mümkün sülh prosesinə müdaxilə etməməyə çağırıb. Putin qeyd edib ki, ABŞ orada silah tədarükünü dayandıran kimi Ukraynada döyüşlər 2-3 aya bitə bilər.

Bahadur Seyidov