"Çempion" satışa çıxarıldı - Qiyməti şoka salacaq
Yozqatda damazlıq Haydar Kayaya məxsus 960 kiloqram çəkisi olan "Çempion" adlı simmental cinsli öküz 230 min lirəyə alıcısını gözləyir.
Demedia.az xəbər verir ki, Yozqatın mərkəzindəki Sarımbey kəndində heyvandarlıqla məşğul olan Haydar Kaya 3 il əvvəl aldığı və “Çempion” adını verdiyi Simmental öküzünü qarşıdan gələn Qurban bayramı öncəsi satışa çıxarıb.
Çəkisi 1 tona yaxınlaşan fermanın ən böyük heyvanı olan “Çempion” adlı qurbanlıq öküz nəhəng ölçüsü ilə diqqət çəkir.
Qurbanlıq heyvanlarını süd müəssisəsində bayrama hazırlayan damazlıq Haydar Kaya 960 kiloluq qurbanlıq buğasına yaxşı qulluq edir. Gündəlik 18 kiloqrama yaxın yem yeyən öküzü ehtiyatla bəsləyib böyüdən Kaya qurbanlıq buğanı satışa çıxarıb. 7 nəfərin kəsə bildiyi öküz 230 min lirəyə satışa çıxarılıb.
Aysun / Demedia.az