Bayden İsrailin Rəfaha hücumundan danışdı



 11:25 07.06.2024     304

ABŞ Prezidenti Co Bayden İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumları ilə bağlı Vaşinqton administrasiyasının narahatlığını nəzərə aldığını bəyan edib.

Demedia.az xəbər verir ki, Fransaya səfər edən Bayden İsrailin Fələstinə hücumları ilə bağlı “ABC News” telekanalına açıqlamalar verib.

İsrail Baş naziri Binyamin Netanyahunun Rəfaha hücumlarla bağlı Vaşinqton administrasiyasının narahatlığını gözardı etmədiyini bildirən Bayden, "Mənə qulaq asdığını düşünürəm. Tam qüvvə Rəfaha girəcəkdilər, tamamilə işğal edəcəkdilər. Rəfah şəhərini alacaqdılar, tam güclə hərəkət edəcəkdilər” deyə bildirib.

Bahadur Seyidov