ABŞ-la Türkiyə arasında F-16 satışında mühüm addım atılıb
ABŞ-la Türkiyə arasında F-16 satışında mühüm addım atılıb.
Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Türkiyənin F-16 döyüş təyyarələrinin alınması ilə bağlı qəbul məktubunu imzaladığını açıqlayıb.Türkiyə ilə ABŞ arasında əldə olunan razılaşmada deyilir ki, Türkiyənin son nəsil “F-16 Block 70” döyüş təyyarələri alması ilə bağlı mühüm irəliləyişlər var. F-16 donanmasının modernləşdirilməsini də əhatə edən müqavilədə daha bir mühüm mərhələ keçilib. Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin Ankarada ABŞ-ın Ankaradakı səfiri ilə görüşündən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mövzu ilə bağlı açıqlamalar verib.
Bahadur Seyidov