Sudanda Çevik Dəstək Qüvvələri kənddə qətliam törətdi
Sudan Xarici İşlər Nazirliyi, Çevik Dəstək Qüvvələrinin ölkənin mərkəzi bölgələrindəki Cəzirə əyalətinin Ved en-Nora kəndinə təşkil etdiyi hücumlarda ölənlərin sayının 180-ə yüksəldiyini bildirib.
Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasında, Çevik Dəstək Qüvvələrinin Cəzirə əyalətinin Ved en-Nora kəndində həyata keçirdiyi dəhşətli qətliam zamanı ölənlər arasında uşaq və qadınların da olduğu bildirilir. Bəyanatda bunun beynəlxalq ictimaiyyətin Çevik Dəstək Qüvvələrinə və onun xarici muzdlularına qarşı səssiz olması ilə əlaqədar olduğu iddia edilib.
Bahadur Seyidov