17 ölkədən HƏMAS-a çağırış
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kolumbiya və Tailand da daxil olmaqla 17 ölkənin liderləri birgə bəyanatlarında HƏMAS-ı İsrailin atəşkəs təklifini qəbul etməyə çağırıblar.
Demedia.az xəbər verir ki, 17 ölkənin liderləri ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanan Qəzzada atəşkəs təklifi ilə bağlı birgə bəyanat veriblər. Liderlər HƏMAS-ın saxladığı məhbuslar arasında öz ölkə vətəndaşlarının da olduğuna diqqət çəkiblər. Açıqlamada, sözügedən ölkələrin atəşkəs və məhbusların azad edilməsi təklifini dəstəklədiyi qeyd edilib. Bəyanatda, razılaşmanın Qəzzanın İsrail və Fələstinlilər üçün təhlükəsizlik zəmanətləri, daimi sülh və iki dövlətli həll imkanları da gətirəcəyi vurğulanıb.
Bahadur Seyidov