Ərdoğan bir neçə vəzifəli şəxsi işdən azad etdi



 15:40 07.06.2024     188

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Nəzarət Şurasının sədri Yunus Arıncını vəzifəsindən azad edib.

Bu barədə qərar "Resmi Gazete"də dərc olunub.

Sənədə əsasən onun yerinə Salih Tanrıkulu təyin olunub.

Bundan başqa Uşak Milli Təhsil müdiri Bülent Şahin, Düzcə Milli Təhsil müdiri Tamer Kırbaç, Tunçeli Milli Təhsil müdiri Gürsel Ekmekci və Şırnak Milli Təhsil müdiri Nazan Şener vəzifələrindən azad ediliblər. Onların yerinə müvafiq olaraq Halil Yücel, Emrullah Aydın, Fethi Ateş və Osman Cebeci təyin olunublar.